Qay Pirs

Qay Pirs

Aktyor, rejissor

BİOQRAFİYA

Qay Edvard Pirs 5 oktyabr 1967-ci ildə İngiltərənin İli şəhərində hərbi hava qüvvələrinin sınaq-pilotunun və məktəb müəlliməsinin ailəsində anadan olub. Qayın 3 yaşı olanda ailəsi Avstraliyaya köçüb. Orada anası fermada maralların çoxaldılması ilə məşğul olub. Doqquz yaşı olanda atası təyyarə qəzasında həlak olub. Qay uşaq yaşlarından teatrla maraqlanıb. 11 yaşında ilk dəfə olaraq yerli teatrın səhnəsinə çıxıb. “Emmi” televiziya mükafatının laureatıdır (2011). 2012-ci ildə “Qızıl Qlobus” mükafatına namizəd olub. Daha çox “Los-Anceles sirləri” filmində xəfiyyə Edmund Eksli və “Unutma” filmində yaddaş pozuntusundan əziyyət çəkən Leonard Şelbi rolları ilə tanınıb. Bundan başqa “Zaman Maşını”, “Kral danışır”, “Dünyanın ən əyyaş diyarı”, “Dəmir adam 3”, “Təklif” kimi reytinqli filmlərdə ikinci dərəcəli rollara çəkilib. Şəxsi həyatına gəlincə, 1997-ci ildə psixoloq Keyt Mestitslə ailə qurub. 2015-ci ildə 18 illik nikahdan sonra cütlük boşandıqlarını elan edib. Hazırda Melburnda yaşayır və niderlandlı aktrisa Keris van Hauten ilə faktiki nikahdadır. Cütlüyün 2016-cı ildə bir oğlan övladı dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Guy_Pearce

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç