Talula Rayli

Talula Rayli

Aktrisa, rejissor, ssenarist

BİOQRAFİYA

Talula Rayli 26 sentyabr 1985-ci ildə Hardfortşir qraflığında (Böyük Britaniya) anadan olub. Britaniyalı aktrisadır. Atasının sayəsində kino sənayesinə gəlib. 2003-cü ildə “Puaro Aqatı Kristi” serialında kiçik rol ilə kinoda debüt edib. Tatula “Qürur və Qərəz”, “Sinif yoldaşları”, “Rok dalğa”, “Sinif yoldaşları 2: Frittonun qızılı haqqında əfsanə”, “Başlanğıc” və sair filmlərdə çəkilib. “Başlanğıc” filmindəki roluna görə “Ən yaxşı aktyor ansamblı” kateqoriyasında “Washington DC Area Film Critics Association Awards”, “Phoenix Film Critics Society Awards” və “Central Ohio Film Critics Association” mükafatlarına namizəd olub. 2015-ci ildə “Şotlandiya midiyaları” filmindəki roluna görə Edinburq beynəlxalq kinofestivalının Audience Award mükafatına namizəd seçilib. 2017-ci ildə “Vəhşi qərb dünyası” dram serialında ən yaxşı aktyor tərkibi kateqoriyasında “ABŞ Aktyorlar Gildiyasının” mükafatına namizəd olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Райли,_Талула

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç