Erik Haysserer

Erik Haysserer

Ssenarist, rejissor

BİOQRAFİYA

Erik Endrü Haysserer - amerikalı ssenarist və rejissordur. Peşəkar karyerasına "Warner Bros" studiyasına “The Dionaea House” filminin ssenarisini satmaqla başlayıb. Daha çox “Gəliş” (Arrival, 2016), “48 saat” (Hours, 2013), “Məxluq” (The Thing, 2011), “Təyinat Nöqtəsi 5” (Final Destination 5, 2011) filmlərinin ssenaristi kimi tanınır. Karyerası ərzində 10 filmə və seriala ssenari yazıb. 2013-cü ildə Pol Uokerin baş rola çəkildiyi “48 saat” adlı trillerlə rejissor debütünü gerçəkləşdirib. Hələlik bu onun rejissor olaraq çəkdiyi yeganə filmdir. Paramount Pictures və CBS şirkətlərində çalışıb. "Jerry Bruckheimer Films" və "Warner Bros" studiyalarının bir sıra layihələrinin müəllifi olub. 2008-ci ilin dekabr ayında “Elm küçəsində dəhşət” franşizasının növbəti filminin cızma-qara ssenarisi əsasında dolğun ssenarinin yazılması ona həvalə olunur. Haysserer həmkarı Uesli Strikomun yarımçıq qoyduğu işi tamamlayır. Filmin çəkilişləri 2009-cu ilin may ayında başlayır və baş rola Ceki Örl Heyli çəkilir. Haysserer eyni zamanda 1982-ci ilin “Məxluq” qorxu filminin prikvelinə ssenari yazıb. Haysserer 1970-ci ildə ABŞ-da anadan olub. Anası nəşriyyat şirkətində redaktor, atası qədim dünya tarixi üzrə professor olub. 2010-cu ildən Haysserer televiziya prodüseri və ssenarist Kristin Boylanla evlidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Eric_Heisserer

 

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç