"The Batman"də The Riddler’i Paul Dano Canlandıracaq!

22 Oktyabr, 2019


Robert Pattinsonun baş rolunu üstlənəcəyi Mett Rivz (Matt Reeves) imzalı The Batman’də The Riddler xarakterini son olaraq Escape at Dannemora’da rol alan Pol Dano (Paul Dano) canlandıracaq.

Cloverfield, Let Me In"Meymunlar Planeti: Müharibə" (War for the Planet of the Apes) kimi filmlərlə tanınan Mett Rivzin (Matt Reeves) yazıb, rejissoru olacağı yeni Batman filmi, yavaş-yavaş formalaşmağa başlayır. Bruce Wayne’ə son diqqət çəkici performanslara imza atan Robert Pattinsonun həyat verəcəyi filmdə Catwoman’ı canlandırması üçün Zoi Kravitslə (Zoë Kravitz) razılaşmanın ardından indi də The Riddler’i kimin canlandıracağı məlum oldu.

Похожее изображение

Batman komikslərinin ən önəmli mənfi xarakterləri arasında yer alan The Riddler’ı canlandırması üçün bir müddətdir Jonah Hill ilə görüşən Warner Bros., Hill ilə hələlik açıqlanmayan səbəblərdən ötrü razılaşılmayınca fərqli bir ada yönəldi və xarakterə həyat verməsi üçün Pol Dano (Paul Dano) ilə razılaşdı. "Neft" (There Will Be Blood) və Love & Mercy kimi filmlərdə diqqət çəkici performanslara imza atan “Qızıl qlobus” namizədi aktyor, son olaraq Escape at Dannemora serialında izləyicilərin qarşısına çıxdı.

Batman heyranları üçün tam mənası ilə bir xəyal qırıqlığı olan Batman Forever’da The Riddler xarakterinə Cim Kerri (Jim Carrey) həyat verərkən, bu il ekranlarla vidalaşan Gotham serialında xarakteri Kori Maykl Smit (Cory Michael Smith) canlandırmışdı.

 Картинки по запросу Paul Dano to Battle Pattinson as Riddler in ‘Batman’ After Jonah Hill Passes on Role

Mett Rivzin (Matt Reeves) ifadəsi ilə “noir bir Batman hekayəsi danışacaq” və sevilən qəhrəmanın detektiv tərəfinə hədəflənəcək olan The Batman’də birdən çox mənfi xarakterin yer alması gözlənilir. Mett Rivzin (Matt Reeves) bu xarakterlərdən birini-bu ana qədər gələn məlumatlara görə bu xarakter The Riddler olacaq- ön plana çıxarıb, digər adları fərqli xarakterlər tərəfindən əsas tutulan, yaşayan bir Gotham inşa etmək üçün istifadə ediləcəyi və beləcə davam filmləri üçün də sağlam təməllər atacağı deyilir.

The Riddler’ı Pol Danonun (Paul Dano) canlandıracağının rəsmi olaraq açıqlanmasının ardından gözlər Penguin’ə çevrildi. Warner Bros.’un Jonah Hill’in də izində olduğu rol üçün Seth Rogen‘a təklif etdiyi deyilir. Ancaq studiyanın bu rol üçün hələ axtarışda olması Rogen ilə razılaşma əldə edilmədiyini düşündürür. Ortaya çıxan hər yeni adla bizi biraz daha həyəcanlandırmağı bacaran The Batman-in, 25 iyun 2021-ci ildə premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər