"Frozen 2" Animasiya Filmindən Yeni Treyler Yayımlandı!

26 Sentyabr, 2019


Dünya miqyasında 1.27 milyard dollar kassa gəliri əldə edən bütün zamanların ən uğurlu animasiya filmləri arasına girməyi bacaran "Buzlar Diyarı" (Frozen) animasiyasının davam filmindən yeni treyler yayımlandı. “Frozen 2” animasiya filminin, 22 noyabrda premyerası gözlənilir.

Walt Disney Animation Studios tərəfindən hazırlanan "Buzlar Diyarı" (Frozen) animasiya filminin, 2013-cü ildə premyerası olduğunda filmsevərlər tərəfindən maraqla qarşılanmış və kassada 1.27 milyard dollar gəlir əldə edərək son illərin ən bacarıqlı animasiya filmləri arasına girmişdi. Film eyni zamanda Ən Yaxşı Animasiya Film və Ən Yaxşı Mahnı “Oskarları”nı da qazanınca davam filmi qaçınılmaz oldu.

Картинки по запросу The new 'Frozen 2' trailer is full of action

İstehsalına 2015-ci ildə başlanan davam filmi, bu il filmsevərlərin ixtiyarına veriləcək. Anna və Elsanın nağıl kimi hekayəsini danışmağa davam edəcək “Frozen 2” üçün tanıtım işlərinə sürət verən Disney, filmdən yeni bir treyler yayımlandı.

Anna xarakterinə səsiylə həyat verən Kristen Bellin söylədiklərinə görə daha çox böyüklərə xitab etməsi gözlənilən “Frozen 2”nin mövzusu belədir: Elsa niyə sehrli güclərlə doğulub? Cavab onu çağırır və krallığını təhdid edir. Anna, Kristoff, Olaf və Svenlə birlikdə təhlükəli amma qeyri-adi bir yola çıxacaq. "Buzlar Diyarı"nda (Frozen) Elsa güclərinin dünyaya çox gəlməsindən qorxurdu. “Frozen 2”də isə güclərinin kifayət etməsinə ümid edir!

“Oskar” mükafatlarını toplayan "Buzlar Diyarı"nın (Frozen) davam filmi “Frozen 2” nin səsləndirmə heyətində “The Good Place”in ulduz adı Kristen Bellə yanaşı Manhattan'da Sehr, Glee kimi proyektlərdə tanıma imkanı tapdığımız və Elsaya səsiylə həyat verən İdina Menzel, The Good Place, Heroes, Veronika Mars (Veronica Mars) kimi serialların ulduz adı Kristen Bell, "Gözəl və Bədheybət" (Beauty and The Beast), "Pixsellər" (Pixels), 21 kimi proyektlərdə izləmə fürsəti tapdığımız Coş Gəd (Josh Gad), Westworld'ün ulduzu Evan Reyçel Vud (Evan Rachel Wood), Mindhunter, Looking, Glee, Özgür Woodstock proyektlərinin ulduzu Jonathan Groff, This Is Us serialı ilə bir çox mükafatın sahibi olan Sterling K. Brown kimi adlar yer alır. "Buzlar Diyarı" (Frozen) animasiya filmi, 2013-cü ilə damğasını vurmuş və Ən Yaxşı Animasiya ilə Ən Yaxşı Orijinal mahnı kateqoriyalarında Akademiya mükafatlarına layiq görülmüşdü. Kassada gəliri 1 milyard dolların üzərində bir hasilata imza atmışdı.

İlk filmin kassada əldə etdiyi uğuru göz önünə alaraq bu ilin ən iddialı filmlərindən biri olduğunu deyə biləcəyimiz “Frozen 2”  animasiya filminin, 22 noyabr 2019-cu ildə premyerası olacaq.



Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər