İdina Menzel
Aktrisa
İdina Kim Menzel 30 may 1971-ci ildə Nyu-Yorkda (ABŞ) yəhudi ailəsində anadan olub. Əcdadları vaxtı ilə Şərqi Avropa və Rusiyadan Amerikaya miqrasiya edib. Menzel əmin edir ki, uşaqlığından bəri müğənni olmağı arzulayıb. 8 yaşında olanda vokalla məşğul olub. Kollecdə oxuduğu illərdə həvəskar teatr tamaşalarında iştirak edib. Müğənnilik karyerasına İdina Nyu-York Universitetində oxuduğu illərdə başlayıb. Daha çox toylarda və şənliklərdə populyar mahnıları ifa edib. 1995-ci ildə “toy mövsümündə” yaranan fasilədən istifadə edərək “Bogema” müziklında aktrisa Morin Consonun roluna dinləmələrdə iştirak edib. 1996-cı ildə həmin rolda debütünü gerçəkləşdirib. Həmin rol ona ilk “Toni” nominasiyasını qazandırıb. “Bogemanın” fantastik uğuruna baxmayaraq, Menzel bir neçə illik Brodveydən ayrılıb, digər teatr və müzikllarda çıxışlarını davam etdirib. 2001-ci ildə İdina Elton Con və Tim Raysın “Aida” musiqili tamaşasında şahzadə Amneris rolunu qazanıb. 2003-cü ildə Stiven Şvartsın müziklında Elfaba adlı ifritə rolunda səhnəyə çıxıb. Ona “Toni” mükafatı qazandırmış rolu sərasər 1 il oynayıb. Brodvey səhnəsində canlandırdığı obrazlarla məşhurlaşıb. “Bogema” rok müziklının teatr (1996) və ekran (2005) versiyalarında baş rollardan birini ifa edib. İlk uğurlu rolu “Zalım” adlı Bordvey tamaşasında oynadığı ifritə rolu olub və ona 2004-cü ildə “Ən yaxşı müzikl aktrisası” nominasiyasında “Toni” mükafatını qazandırıb. “Tozdan soruş” (2006), “Tilsimlənmiş” filmlərindəki çıxışı ilə də tənqidçilərin və tamaşaçıların rəğbətini qazanıb. 2010-2011-ci illər ərzində “Xor” teleserialında Şelbi Korkoran rolunu oynayıb. 2003-2014-cü illərdə İdina aktyor Tay Diqqzlə evli olub. Cütlüyün nikah zamanı 2009-cu ildə Uoker adlı oğlu dünyaya gəlib. 2017-ci ilin sentyabrında İdina aktyor Aaron Lorla evlənib. Onlar toya qədər iki il görüşüblər.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B5%D0%BD%D0%B7%D0%B5%D0%BB,_%D0%98%D0%B4%D0%B8%D0%BD%D0%B0