Kristen Bell

Kristen Bell

Aktrisa, prodüser

BİOQRAFİYA

Kristen Enn Bell 18 iyul 1980-ci ildə ABŞ-ın Miçiqan ştatının Detroyt şəhərində anadan olub. Atası televiziya proqramlarının redaktoru Tom Bell, anası feldşer Lori Beldir. Ailənin yeganə övladıdır. Valideynləri iki yaşı olanda boşanıblar. Atasının ikinci nikahından olan iki bacısı var. Dörd yaşında olanda Bell ona verilən adını bəyənmədiyini və onu “Smurflar” cizgi filminin baş persojanın adına (Smurfetta) dəyişmək istədiyini bildirsə də, anası onu ikinci adı – Enn adından istifadə etməsinə inandıra bilib. Yuxarı siniflərə kimi Enn adından istifadə edib. Bell Barton və Hantinqton Vuds məktəblərində oxuyub, step rəqsi və ifaçılıq dərslərinə gedib. Orta məktəb illərində Şrayn katolik məktəbində təhsil alıb. Orada oxuduğu müddətdə teatr tamaşalarında səhnəyə çıxıb, musiqi dərnəyinə üzv olub. Məktəbi bitirdikdən sonra Nyu-York Universiteti nəzdində fəaliyyət göstərən Tiş İncəsənət Məktəbinə daxil olub. Orada musiqili teatr sənəti ixtisası üzrə məzun olub. “Polşa toyu” filmində kino debütünü gerçəkləşdirənə qədər, teatr və müzikl tamaşalarında çıxış edib. 2001-ci ildə Brodvey debütünü edib; “Tom Soyerin Macəraları” tamaşasında Bekki Tetçer rolunda çıxış edib. Los-Ancelesə köçdükdən sonra bir neçə televiziya şousunda iştirak edib, filmlərdə epizodik rollara çəkilib. “Veronika Mars” serialında oynadığı Veronika Mars rolu on uğur gətirib. Serial 2004-2007-ci illər ərzində UPN və The CW telekanallarında yayımlanıb. Daha çox “Veronika Mars” serialında eyniadlı baş qəhrəman rolu, “Çox pis analar” və onun sikvelində Kiki rolu ilə məşhurlaşıb. “Peyk”, “Saturn” həmçinin ABŞ Televiziya Tənqidçiləri Assosasiyasının mükafatına namizəd olub. 17 oktyabr 2013-cü ildə Kristen Deks Şeparda ərə gedib. Onlar toya qədər altı il görüşüblər. Cütlüyün nikahdan 2013 və 2014-cü il təvəllüdlü iki qızı var.


Ətraflı məlumat üçün aşağıda linkə basın:
https://en.wikipedia.org/wiki/Kristen_Bell

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç