B.Layvli və C.Loulu "The Rhythm Section"dan Treyler Yayımlandı!

21 Sentyabr, 2019


The Handmaid’s Tale ilə tanınan Reed Morano’nun rejissoru olduğu, Bleyk Layvli (Blake Lively) və Cud Loulu (Jude Law) The Rhythm Section filmindən ilk treyler yayımlandı. Yazar Mark Burnell‘in ilk kitabı 2000-ci ildə yayımlanan Stephanie Patrick seriyasından adaptasiya olunan The Rhythm Section, qarşımızdakı il filmsevərlərin ixtiyarına veriləcək. Ssenarisini kitabın yazıçısı Burnell’in qələmə aldığı film, ailəsi bir təyyarə qəzasında öldükdən sonra bunun bir qəza olmadığını öyrənən və ona bu məlumat verən jurnalistin öldürüldüyünə şahid olduqdan sonra başka bir kimliyə bürünüb məsul şəxslərin arxasınca düşən sui-qəsdçi Stephanie Patrick’in hekayəsini danışır.

Картинки по запросу ‘The Rhythm Section’ Trailer

Stephanie Patrick’i son olaraq "Adi xahiş"də (A Simple Favor) filmsevərlərin qarşısına çıxan Bleyk Layvlinin (Blake Lively) canlandırdığı filmin baş rollarında Bleyk Layvli (Blake Lively) ilə yanaşı Cud Lou (Jude Law) iştirak edir. Filmin aktyor heyətində Sterling K. Brown, Deniel Meys (Daniel Mays), Raza Jaffrey, Max CasellaNasser Memarziya (Nasser Memarzia) kimi adlar yer alır.

Bleyk Layvli (Blake Lively) və Cud Lou (Jude Law)nun iştirak etdiyi The Rhythm Section  filminin gələn il premyerası planlaşdırılır. Kəskin və qorxu janrlarını bir araya gətirən filmin rejissor kürsüsündə isə The Handmaid’s Tale serialı ilə adını eşitdirdikdən sonra keçən il premyerası olan I Think We’re Alone Now ilə ilk uzunmetrajlı filminə imza atan Reed Morano oturur.



The Rhythm Section, Mark Burnell’in dörd kitabdan ibarət Stephanie Patrick seriyasının ilk qismindən adaptasiya olunur. Bu da filmin kassada uğurlu olması halında Jason Bourne kimi yeni bir seriya başlatma ehtimalını yaradır. James Bond filmlərinin də prodüseri olan EON’un prodüserliyini üstləndiyi The Rhythm Section  filminin, ABŞ-da 31 yanvar 2020-ci ildə premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər