Deniel Meys

Deniel Meys

Aktyor

BİOQRAFİYA

Deniel Alan Meys 31 mart 1978-ci ildə İngiltərənin Esseks qraflığının Eppinq şəhərində anadan olub. Anası bank kassiri, atası elektrik-mühəndisi olub. 3 qardaşı var. İtaliya Teatr İncəsənət Akademiyasında oxuyub. Daha sonra Kral Dram İncəsənət Akademiyasında təhsilini davam etdirib. 2000-ci ildə məzun olduqdan sonra Yusi Əli Xanın “Gönüqalın” adlı filminə çəkilib. Daha sonra yüksək büdcəli “Pörl Harbor” blokbasterində epizodik pilot rolunu oynayıb. Rejissor Mayk Linin 2002-ci ildə ekranlara çıxan “Hər şey ya da heç nə” trillerində başkəsən rolunu oynayıb. Mayk Li növbəti filmi “Vera Dreyk”in çəkilişlərinə də Denieli baş qəhrəmanın oğlu roluna dəvət edib. Aktyorun karyerasında ən əlamətdar rollardan biri rejissor Antonio Bördün “Reabilitasiya” dramında oynadığı həbsxanadan çıxmış gənc narkoman roludur. Həmin rola görə 2003-cü ildə “Palmare Reims” telefestivalında ən yaxşı kişi rolu nominasiyasında qalib olub. Kino və televiziya layihələrindən savayı, ara-sıra teatr səhnəsinə də çıxır. Royal-Kort London Teatrının altı tamaşasında çıxış edib. Rejissor Eren Krivinin “Diribaş” adlı filmində oynadığı rola görə BAFTA mükafatına namizədlik qazanıb. Aktyor Londonun şimalında yerləşən Krauç End qəsəbəsində yaşayır. Aşağı liqada çıxış edən “Leyton Orient” futbol klubunun azarkeşidir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B5%D0%B9%D1%81,_%D0%94%D1%8D%D0%BD%D0%B8%D1%8D%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç