Beyl və Deymonlu "Ford Ferrariyə Qarşı"nın Yeni Treyleri Çıxdı!

19 Sentyabr, 2019


Son filmi Loganla böyük səs gətirən James Mangold’un rejissoru olduğu, baş rollarda Kristian Beyl (Christian Bale) və Mett Deymonun (Matt Damon) yer aldığı "Ford ferrariyə qarşı"dan (Ford v. Ferrari) yeni treyler yayımlandı.

Identity, Walk the Line və 3:10 to Yuma kimi filmlərlə tanınan, Hugh Jackman’ın Wolverine’e vida etdiği Logan’la möhtəşəm bir filmə imza atan James Mangold, iki il aradan sonra yeni filmi "Ford ferrariyə qarşı" (Ford v. Ferrari) ilə böyük ekrana geri qayıdır.

Картинки по запросу Ford v Ferrari’s new trailer: Matt Damon and Christian Bale prepare to do the unthinkable

Adından göründüyü kimi "Ford ferrariyə qarşı" (Ford v. Ferrari), 1960-cı ildə Ford və Ferrari arasında yaşanan rəqabəti və bu rəqabəti alovlandaran insanların hekayəsini mövzu götürür. Film, izləyicilər tərəfindən avtomobil yarışları tarixində bir qırılma nöqtəsi olaraq qəbul edilən 1966-cı il Le Mans 24 Saat Yarışı’nın arxa planında yaşanan hadisələrə aparır. Buradan da kamerasını inqilabçı qismində bir avtomobil inkişaf etdirən Ford mühəndisi Carroll Shelby və qorxusuz bir yarışcı olan Ken Miles’a çevirir. O dövrdə Ferrari’yə rəqib ola biləcək bir avtomobil inkişaf etdirən Shelby və Miles, Enzo Ferrari’nin yarış maşınlarına üstün gələ bilmək üçün, Ford’dun hədələrilə, fizika qanunları ilə və şəxsi həyatlarındakı problemlərlə mübarizə aparmaq məcburiyyətində qalır.



James Mangold’un rejissoru olduğu "Ford ferrariyə qarşı" (Ford v. Ferrari) filminin, noyabrda premyerası olacaq. Ən son Suburbicon’da izlədiyimiz Mett Deymon (Matt Damon), Carroll Shelby’i canlandırarkən, Vice’daki performansıyla dördüncü dəfə “Oskar”a namizəd olan Kristian Beyl (Christian Bale) isə Ken Miles’a həyat verir. İkili ilə bərabər filmdə, Katrina Balf (Caitriona Balfe), Con Berntal (Jon Bernthal), Coş Lukas (Josh Lucas), Noa Cup (Noah Jupe) və Treysi Letts (Tracy Letts) kimi adlar iştirak edir. "Gələcəyin həddi"nin (Edge of Tomorrow) ssenaristlərindən Cez Batteruort (Jez Butterworth) və John-Henry Butterworth‘un qələmə aldığı filmin, 15 noyabrda premyerası planlaşdırılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər