Katrina Balf

Katrina Balf

Aktrisa, prodüser

BİOQRAFİYA

Katrina Balf — irlandiyalı model, televiziya və kino aktrisadır. Beynəlxalq səviyyədə tanınan ilk irlandiyalı modeldir. Amerikanın Starz kanalının “Yadelli” (2014) teleserialındakı oynadığı baş rolu ilə tanınır. Model karyerası boyunca on iki dəfə Dolce & Gabbana, səkkiz dəfə Chanel, yeddi dəfə — Marc Jacobs, Narciso Rodriguez, Moschino, altı dəfə — Etro, beş dəfə — Armani, Roberto Cavalli, Max Mara, Ann Demeulemeester və Louis Vuitton, dörd dəfə — Givenchy, Oscar de la Renta, Missoni, Bottega Veneta, Burberry, Alberta Ferretti, Alexander McQueen və Emanuel Ungaro, üç dəfə Rochas, Christian Lacroix, Laura Biagiotti, Cacharel, BCBG Max Azria, Sonia Rykiel və Kenzo  kimi məşhur brendlərin moda nümayişində model qismində iştirak edib. 2007-ci ilin sonunda model karyerasına son qoyub. Onun aktyorluq karyerası hələ model olduğu vaxtlar moda dünyası haqqında “Şeytan Prada geyinir” (2006) filmindən başlayıb. 2011-ci ildə rejissor Cey Cey Abramsın çoxbüdcəli fantastik “Super 8” filmində sözsüz epizodik rolda çıxış edərək, baş qəhrəmanın anasını canlandırır. Bir ildən sonra “Yalan İlluziyası” (2012) filmində epizodik rolda çəkilir. Ardınca “İtkin Anceles” (2012), “Ehtiras” (2013), “Qaçış planı” (2013), “Maliyyə bədheybəti” (2016) filmlərində çəkilərək məşhurlaşır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Caitriona_Balfe

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç