Cez Batteruort
Aktyor, ssenarist, prodüser
Ceremi “Cez” Batteruort 1969-cu ildə İngiltərənin London şəhərində anadan olub. Verulam və Sent Olbans məktəblərini bitirdikdən sonra Müqəddəs İoan adına Kembric kollecinə daxil olub. Qardaşı Stiv prodüser, digər qardaşları Tom və Con-Henri isə ssenaristdirlər. Batteruortun sənətə gəlməsində ədəbiyyat üzrə nobel laureatı Harold Pinterin müstəsna rolu olub: “Mən Harold Pinteri tanıyıram və onun yaradıcılığına valehəm. Onun əsərləri mənə güclü şəkildə təsir göstərir. Onunla apardığım söhbətlər məni ilhamlandırır". Batteruortun ən başlıca uğuru 1995-ci ildə tamaşaya qoyduğu “Moco” pyesi olub. Həmin işə görə “Lorens Olivye”, “Axşam standartı” və “Corc Divayn” mükafatlarına layiq görülüb. O, eyni zamanda “Moco”nun kino adaptasiyasını çəkib və film 1997-ci ildə böyük ekranlara çıxıb. Baş rolda Nikol Kidmanın çəkildiyi, qardaşı Stivin isə prodüserlik etdiyi “Ad günü” (2001) adlı filmə rejissor və ssenaristlik edib. Cez Batteruort və Con Batteruort “Qaydasız oyun” (2010) filminə yazdıqları ssenariyə görə (baş rollara Naomi Uotts və Şon Pen çəkilib) Qərbi ABŞ ssenaristləri Gildiyası mükafatı və “Pol Selvin” adına mükafata layiq görülüblər.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jez_Butterworth