Xoakin Feniksli "Joker" Filmindən Yeni Kadrlar Yayımlandı!

18 Sentyabr, 2019


Todd Fillipsin (Todd Phillips) rejissoru olduğu, Xoakin Feniksin (Joaquin Phoenix) baş rolunu üstləndiyi Joker filmindən yeni kadrlar yayımlandı. 76-cı Venesiya Film Festivalıdan “Qızıl Şir”lə qayıdan Joker filminin, 4 oktyabrda premyerası olacaq.

DC komikslərinin ikonik mənfi xarakterlərinin başında gələn Joker, bu il təkbaşına, filmsevərlərin qarşısına çıxdı. Joker’a Xoakin Feniksin (Joaquin Phoenix) həyat verdiyi film, dünya premyerasını ötən günlərdə 76-cı Venesiya Film Festivalında etdi və festivaldan “Qızıl Şir”lə qayıdaraq komiks adaptasiyaları adında tarixi bir uğura imza atdı.



Venesiyadan gələn rəylərə baxılarsa adi bir komiks adaptasiyalarından əlavə The King of ComedyTaxi Driver kimi xarakter müzakirəsinə önəm verən proyektlərə yaxın Joker filmi üçün həyəcanlı gözləmə davam edərkən, filmdən yeni kadrlar yayımlandı.

Filmdə Xoakin Feniksin (Joaquin Phoenix), cəmiyyət tərəfindən təcrid edilmiş bir komediyaçı olan Arthur Fleck xarakterinə həyat verir. Film, Arthur Fleck’in cinayət dünyasına addım atmasını və zamanla Joker olaraq bilinən cinayət dahisinə dönməsini mövzu götürür. Xoakin Fenikslə (Joaquin Phoenix) bərabər filmin aktyor heyətində Robert De Niro, Zazi Bitts (Zazie Beetz), Şi Uiqem (Shea Whigham), Bill CampMarc Maron kimi önəmli adlar yer alır.

Картинки по запросу Не до смеха: Появились свежие кадры из «Джокера»

Venesiya və Toronto’dan aldığı rəylərə baxılarsa bugünəqədərki komiks adaptasiyalardan biri olan Joker filmi, bu il mükafat sezonunda adını eşitdirəcək kimi görünür. Xoakin Feniksin (Joaquin Phoenix) Ən Yaxşı Kişi “Oskar”ı üçün ən iddialı adlardan biri olacağı böyük ölçüdə dəqiqləşib, “Qızıl Şir”ə layiq görülmüş olması Joker’ın Ən Yaxşı Film “Oskar”ı üçün də adı keçən proyektlərdən biri olacağını göstərir. Həyəcanla gözlədiyimiz “Joker” filminin 4 oktyarbda premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər