Runi Mara Gilyermo del Toronun "Kabuslar Parkı" Filminə Qatıldı!

10 Sentyabr, 2019


Carol’dakı diqqətçəkici performansları ilə hər ikisi də “Oskar” namizədliyi qazanan Runi Mara (Rooney Mara) və Keyt Blanşet (Cate Blanchett), Gilyermo del Toronun (Guillermo del Toro) yeni filmi "Kabuslar parkı" (Nightmare Alley) üçün yenidən bir araya gəlir. Çəkilişlərinə bu payız başlanacaq filmdə ikiliyə Bredli Kuper (Bradley Cooper) tərəf-müqabili olacaq.

"Suyun şəkli" ilə (The Shape of Water) “Oskar” qazandıqdan sonra karyerasının zirvəsini yaşayan Gilyermo del Toronun (Guillermo del Toro) yeni filmi "Kabuslar parkı" (Nightmare Alley) üçün həyəcanlı gözləmə davam edir. Gilyermo del Toro (Guillermo del Toro) – Fox Searchlight ortaqlığının yeni proyekti olan bu filmin ssenarisini del ToroKim Morgan qələmə alır.



"Kabuslar parkı" (Nightmare Alley), William Lindsay Gresham‘ın romanından filmə adaptasiya olunan 1947-ci il istehsalı eyniadlı filmin yeni versiyası olacaq. Ancaq bu yeni quruluş, 1947-ci il istehsalı filmdən çox romanı hədəf nöqtəsinə alacaq. Ötən aylarda proyekt haqqında danışan Gilyermo del Toro (Guillermo del Toro), filmdə fövqəltəbii elementlərin olmadığını və 18+ yaş həddi alacaq bir proyekt olduğunu açıqlamışdı.

"Kabuslar parkı" (Nightmare Alley), insanları aldatmaq üçün bir qadın psixiatr ilə birlikdə işləyən həris bir fırıldaqçının hekayəsini danışır. Filmin baş rollarında ilk rejissorluq təcrübəsi "Ulduz doğuldu" (A Star Is Born) ilə “Oskar” namizədliyi qazanan Bredli Kuper (Bradley Cooper) və peşəkar aktyor Keyt Blanşet (Cate Blanchett) yer alır.

Картинки по запросу Guillermo Del Toro’s ‘Nightmare Alley’ cate blanchett and braDLEY

Baş rol aktyorları ilə iddiasını artıran filmin aktyor heyətinə yeni bir ad daxil oldu. Deadline’ın xəbərinə görə "Əjdaha döyməsi olan qız" (The Girl with the Dragon Tattoo) və Carol filmlərindəki performanslarıyla “Oskar”a namizəd göstərilən Runi Mara (Rooney Mara), "Kabuslar parkı"nın (Nightmare Alley) aktyor heyətinə daxil oldu. Carol’un ardından Keyt Blanşet (Cate Blanchett) ilə yenidən bir araya gələcək olan Mara, filmdə Bredli Kuperin (Bradley Cooper) həyat verdiyi Stan’in aşıq olduğu Molly xarakterini canlandıracaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər