Keyt Blanşett

Keyt Blanşett

Aktrisa

BİOQRAFİYA

Keyt Blanşett 14 may 1969-cu ildə Avstraliyanın Melburn şəhərində anadan olub. Atası Robert Blanşett əslən Texasdan olub, dənizçi-zabit idi. Keytin 10 yaşı olanda atası ürək xəstəliyindən vəfat edir və üç uşağın - Keyt, böyük qardaşı Bob və kiçik bacısı Jenevyevanın yükü ananın çiyinlərinə düşür. Keyt Melburn şəhərində yerləşən Qadın Metodika Kollecində təhsil alıb, sonra isə Melburn Universitetində təhsilini davam etdirib. O, tezliklə təhsilini yarımçıq qoyur və İngiltərəyə səyahət edir. Vizasının vaxtı bitdikdə Keyt Misirə yollanır və burada mehmanxana qonaqlarından biri ona Misir filmində bir səhnəyə çəkilməyi təklif edir. Keyt pula ehtiyacı olduğu üçün təklifi qəbul edir. Bu təsadüfi rol onun üçün teatr və kino səhnəsinə gedən yolun başlanğıcı olur. Keyt daha sonra Avstraliyaya qayıdır və Milli Dram İncəsənəti İnstitutuna daxil olur. 1997-ci ildə "Qağayı" pyesinin məşqləri zamanı aktrisa ssenarist və montaj redaktoru Endrü Aptonla tanış olur və bir ildən sonra onlar evlənirlər. 2004-cü ildə aktrisa ikinci uşağa hamilə olduğundan "Yaxınlıq" filmində fotoqraf Anna Kameron rolundan imtina edir. Nəticədə filmə Culiya Roberts çəkilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Keyt_Blan%C5%9Fett

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç