Emili Blant "Yabanı Kəklikotu"nun Heyətinə Daxil Oldu!

05 Sentyabr, 2019


Emili Blant (Emily Blunt) və Con Hemm (Jon Hamm), Ceymi Dornanın (Jamie Dornan) baş rolunda yer alacağı “Oskar” mükafatlı ssenarist John Patrick Shanley’nin yeni filmi "Yabanı Kəklikotu"nun (Wild Mountain Thyme) aktyor heyətinə daxil oldu.

Teatr yazıçısı olaraq tanınan John Patrick Shanley, 1988-ci ildə ssenarisini yazdığı Moonstruck ilə Ən Yaxşı Orijinal Ssenari “Oskarı”nın sahibi olmuş, 1990-cı il istehsalı Joe Versus the Volcano filmi ilə rejissor olaraq film dünyasında varlıq göstərməyə başlamışdı. Sonrakı illərdə ssenarist olaraq film karyerasına davam edən Shanley, özünün teatr tamaşasından filmə adaptasiya etdiyi Doubt filmi ilə adını geniş kütlələrə eşitdirdi. Doubt, bacarıqla hekayəni çatdırması ilə yanaşı Meril Strip (Meryl Streep), Philip Seymour Hoffman, Emi Adams (Amy Adams) və Viola Devisdən (Viola Davis) ibarət aktyor heyətinin möhtəşəm performansı ilə 2008-ci ilin ən çox danışılan filmlərindən biri oldu.

Картинки по запросу ‘Wild Mountain Thyme’: Emily Blunt, Jon Hamm, Christopher Walken & Dearbhla Molloy Join Romance Feature

Bu filmlə yenidən “Oskar”a namizəd olan John Patrick Shanley, təxminən 11 il aradan sonra böyük ekrana geri qayıdır. "Yabanı Kəklikotu" (Wild Mountain Thyme) adındakı bu film, Shanley’nin 2014-cü ildə Broadway’də səhnələnən Outside Mullingar adlı tamaşasından böyük ekrana adaptasiya olunacaq.

Keçən ilin may ayında filmin baş rollarında Fifty Shades seriyasıyla tanınan Ceymi Dornan (Jamie Dornan) və Sindirella (Cinderella), "Zanbaq azarı" (Tulip Fever) və Tell It to the Bees kimi filmlərdə rol alan Hollidey Qreyncerin (Holliday Grainger) yer alacağı açıqlanmışdı. Ancaq gələn son xəbərlərə görə filmin aktyor heyətində dəyişiklikdən söhbət gedir.

Картинки по запросу emily blunt films

Variety’nin xəbərinə görə Hollidey Qreyncer (Holliday Grainger), filmin aktyor heyətindən ayrıldı. Hollidey Qreyncerin (Holliday Grainger) yerinə heyətə daxil olan ad isə ən son Mary Poppins Returns’də izlədiyimiz Emili Blantdan (Emily Blunt) başqası deyil. Ceymi Dornan (Jamie Dornan) və Emili Blantın (Emily Blunt) baş rollarını üstlənəcəyi filmdə Con Hemm (Jon Hamm), Dearbhla Molloy Kristofer Uoken (Christopher Walken) kimi adlar da rol alacaq. Film, İrlandiya xalq musiqisindən ən tanınmış nümunələrdən biri olan "Yabanı Kəklikotu"ndan (Wild Mountain Thyme) adını alır. İrlandiya çəmənliyində keçən film, ailələri bir-birlərinə düşman olan bəxtsiz aşiqlərin hekayəsini danışır. Ceymi Dornan (Jamie Dornan), filmdə atası tərəfindən həmişə alçaldılan Anthony’i canlandıracaq. Emili Blant (Emily Blunt) isə Anthony’nin aşiq olduğu Rosemary’ə həyat verəcək.

Mövzusu, rejissoru və aktyor heyəti ilə maraq oyandıran filmin çəkilişləri sentyabrın sonunda başlayacaq. Filmin nə vaxt yayıma girəcəyi hələlik qeyri-müəyyənliyini qoruyor.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər