Viola Devis

Viola Devis

Aktrisa

BİOQRAFİYA

Viola Devis 11 avqust 1965-ci ildə Cənubi Karolina ştatında (ABŞ) anadan olub. Devis ilk uğurlarına hələ teatrda işlədiyi vaxtlarda imza atıb. 2001-ci ildə “II Kral Hedli" roluna görə “Toni” və “Drama Desk” mükafatlarına layiq görülür. Böyük ekranda isə “Trafik” (2000), “Keyt və Leo” (2001), “Paranoya” (2007), “Rodantedə gecə” (2008) və bir çox başqa filmlərdə rol alıb. “Şübhə” filmindəki roluna görə “Oskar” və “Qızıl Qlobus” mükafatlarına namizəd göstərilib. "İkinci dərəcəli rola görə" nominasiyasında “Oskar” aldıqdan sonra Devis yeganə qaradərili aktrisadır ki, aktyorluq üzrə üç ən böyük mükafata ("Oskar", "Emmi" və "Toni") layiq görülüb. O, həmçinin ilk afro-amerikan aktrisadır ki, beş dəfə “Screen Actors Guild” mükafatını qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Viola_Davis

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç