Hollidey Qreyncer
Aktrisa
Hollidey Klark (Holli) Qreyncer 27 mart 1988-ci ildə Mançesterin Didsberi şəhərində anadan olub. 1999-2006-cı illlərdə “Parrs Wood” orta məktəbində oxuyub. İspan dilini öyrənib, rəqslə məşğul olub. 2007-ci ildə Lids Universitetinə qəbul olunsa da, gərgin çəkiliş qrafiki ilə əlaqədar İngiltərənin Açıq Universitetinə qiyabi şöbəyə keçməli olub. Babasının əsli italyandır. 2010-cu ilin may ayında Hollidey Qreyncer ABŞ-ın “Neylon” jurnalının versiyasına görə “parlaq gələcəyi olan ulduzların” reytinqində 55-ci yerdə göstərilib. 2011-ci ildə “Borcia” adlı tarixi teleseriala çəkilib və xarizmatik Lukresiya Borcia rolunu oynayıb. Hollidey eyni zamanda “Ceyn Eyr” filmində Diana rolunu oynayıb. 2009-cu ildə “Dimetos” tamaşasında Lidiya obrazını canlandırıb. 2011-ci ildə Lukresiya Borciya roluna görə “dramatik teleserialda ən yaxşı qadın rolu” kateqoriyasında “Qızıl Pəri” mükafatına namizəd olub. Daha çox “Sindrella” (Cindrella, 2015), “Əmimqızı Reyçel” (My Cousin Rachel, 2017), “Fırtına” (The Finest Hours, 2016) filmlərindən və “Bonni və Klayd” teledramında oynadığı rolları ilə yadda qalıb. Karyerası ərzində 57 televiziya/bədii film və seriala çəkilib. Son çəkildiyi film “Heyvanlar” (Animals) dramıdır və 2019-cu ildə ekranlara çıxacağı gözlənilir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%80%D0%B5%D0%B9%D0%BD%D0%B4%D0%B6%D0%B5%D1%80,_%D0%A5%D0%BE%D0%BB%D0%BB%D0%B8%D0%B4%D0%B5%D0%B9