Emili Blant

Emili Blant

Aktrisa

BİOQRAFİYA

Emili Blant 23 fevral 1983-cü ildə London şəhərində (İngiltərə) məktəb müəlliməsi və barrister ailəsində dünyaya göz açıb. Hazırda ABŞ-ın Los-Anceles şəhərində yaşayır. Kinoaktrisa olmazdan əvvəl Emili Blant teatr səhnələrinə çıxıb. 2001-ci ildə Londonun “Haymarket Theatre” teatrında “Kral ailəsi” adlı tamaşada debüt edib. Səhnəyə epizodik rolda ledi Cudi Dençlə çıxıb. Qven Kavendiş roluna görə Emili “Evening Standard” qəzeti tərəfindən “ən yaxşı gənc aktrisa” nominasiyasında mükafata layiq görülüb. Blantın teleekranlarda debütü isə 2003-cü ildə gerçəkləşib. Kraliça Boudikkinin keşməkeşli həyat hekayəsini danışan “Kraliça Romaya qarşı çıxır” tarixi eposuna çəkilir. Filmdə baş rola məşhur britaniyalı aktrisa Aleks Kinqston çəkilib. Artıq növbəti il Emilinin adı ölkəsində dillər əzbəri olub, gələcək ulduz “Mənim sevgi dolu yayım” teleserialında baş rollardan birini ifa edib. Blant manipulyativ və savadlı şəhər qızı Tamzin rolunu oynayır. Yay tətilinə ingilis əyalətinə gələrək oranın cansıxıcı həyatından bezən Mona adlı qızla tanış olur. Film müstəqil kinematoqrafiya azarkeşləri arasında böyük əks-səda doğurur. Britaniya və ABŞ-ın ən nüfuzlu dərgiləri həmin rollara görə Blant və onun tərəf-müqabilini (Natali Press) “İlin ən yaxşı aktrisaları” adlandırır. Şəxsi həyatına gəlincə 10 iyul 2010-cu ildən etibarən aktyor Con Kransinski ilə evlidir. Onunla toya qədər 20 ay görüşüblər. Cütlüyün iki qızı var. 2015-ci ilin avqustunda Emili ABŞ vətəndaşlığı əldə edib. Kinoda daha çox “Gələcəyin Həddi” (2014), “Şeytan Prada geyinir” (2006), “Dəyişən reallıq” (2011), “Yəməndə balıq ovu” (2011) filmlərində oynadığı rolları ilə yadda qalıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Emily_Blunt

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç