Şarliz Teronun "Forsaj 9"dakı Obrazı Necə Olacaq?

04 Sentyabr, 2019

"Forsaj 9"un çəkilişləri sürətlə davam edərkən, filmin aktyor heyətinə qatılan keçmiş simalardan biri olan Şarliz Terondan (Charlize Theron) yeni bir paylaşım gəldi. Peşəkar aktrisa Cipher xarakterinin yeni imicinin necə olacağını sevənləri ilə paylaşdı. Teronun paylaşımı olduqca səs-küyə səbəb oldu.

Seriyanın doqquzuncu filmi ilə qarşımıza çıxacaq "Forsaj 9"un aktyor heyətinə Şarliz Teron (Charlize Theron) əlavə olundu. Teron, "Forsaj 8" filmində Cipher xarakterinə həyat verirdi. Gözəl aktrisa, yeni imicində saçlarını qısa kəsdirib. Cipher son olaraq qarşımıza Elena Neves'in ölümündə günahkar olaraq çıxmışdı. Aytıca Dominic və komandasına böyük zərərlər vermişdi. Ancaq yeni filmdə Dominic'in köməyinə ehtiyacı olacağı və tərəf dəyişdirəcəyi düşünülür.



Şarliz Teronun (Charlize Theron) ən sevilən rolları arasında Cipher'lə yanaşı "Dəlisov Maks: Qəzəb yolu"nda (Mad Max: Fury Road) Furiosa, "Sarışın bomba"da (Atomic Blonde) Lorraine Broughton kimi xarakterlər var. Fast & Furious'un aktyor heyətinə Teron qatılmasaydı belə, aktyorun bir spin-off proyektində yer ala biləcəyi düşünülürdü. Ancaq heç bir şey dəqiqlik qazanmamışdı. "Forsaj 9"un aktyor heyətinə son olaraq Con Sina (John Cena) və Maykl Ruker (Michael Rooker) qatılmışdı.

Картинки по запросу Fast & Furious 9: Charlize Theron Reveals Cipher's New Look

Bundan əlavə Dom olaraq yenidən Vin Dizel (Vin Diesel), Letty Ortiz olaraq Mişel Rodriges (Michelle Rodriguez), Dom'un qardaşı Mia olaraq Cordana Brüster (Jordana Brewster), Tej Parker olaraq Ludacris, Roman Pearce olaraq Tyrese Gibson, Sean Boswell olaraq Lucas Black və Ramsey xarakteri ilə Nathalie Emmanuel, Owen Shaw'ın anası Magdalene Shaw olaraq tamaşaçı qarşısına Helen Mirren çıxacaq. Filmin aktyor heyətində Finn Cole, Vinnie BennettAnna Sawai kimi adlar da yer alır. Yenidən rejissor kürsüsündə Castin Linin (Justin Lin) yer aldığı "Forsaj 9" 21 may 2020-ci il tarixində filmsevərlərin ixtiyarına veriləcək.


Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər