Nathan Fillion "The Suicide Squad" Filmində Rol Alacaq!

29 Avqust, 2019


Firefly, Slither, Castle kimi proyektlərlə tanınan Nathan Fillion, Ceyms Qannın (James Gunn) yazıb rejissoru olacağı “The Suicide Squad”ın aktyor heyətinə daxil oldu. Keçmişdə təcavüz və pedofiliya haqqında etiraza səbəb olacaq tweet’lər atdığının ortaya çıxmasının ardından “Guardians of the Galaxy Vol. 3”dən qovulan, ancaq “Disney”lə edilən görüşlər nəticəsində filmin rejissor kürsüsünə geri qayıdan Ceyms Qann (James Gunn), bu filmdən əvvəl “The Suicide Squad”ın rejissoru olacaq.

The Suicide Squad, DC komikslərinin mənfi xarakterlərini bir araya gətirən Suicide Squad‘ın davam filmi olmayacaq, amma bu filmdən bir çox xarakteri içində saxlayacaq. Harley Quinn olaraq izlədiyimiz Marqo Robbi (Margot Robbie), Captain Boomerang’ı canlandıran Cay Kortni (Jai Courtney), ilk filmdə Amanda Waller’i canlandıran “Oskar” mükafatlı aktrisa Viola Devis (Viola Davis) ve Rick Flagg’ə həyat verən Yuel Kinnaman (Joel Kinnaman), ilk filmdəki rolları ilə geri qayıdacaqlar.

Картинки по запросу Nathan Fillion Boarding James Gunn’s ‘The Suicide Squad’

Bu adlarla yanaşı İdris Elbanın (Idris Elba) da filmdə ana xarakterlerden birini canlandıracağı deyilib. Bundan əlavə Əsirlər (Prisoners), Blade Runner 2049Qarışqa Adam (Ant-Man) kimi filmlərlə tanınan David Dastmalchian, DC Comics komikslərinin rəngli pis xarakterlərindən Polka-Dot Man’i canlandırmaq üzrə kadrdakı yerini alacaq.

Похожее изображение

Qısa bir müddət əvvəl bu adamlara bir yenisi daha qatıldı. Castle, Firefly, Modern Family kimi seriallarla tanınan, daha əvvəl SlitherSuper filmlərində Ceyms Qannla (James Gunn) birlikdə çalışan Nathan Fillion, yeni Suicide Squad filminin aktyor heyətinə daxil oldu. Ən son The Rookie seriallarında televiziya ekranlarında görünəcək Fillion’un, filmdə hansı xarakteri canlandıracağı hələ açıqlanmayıb.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər