Ceyms Qann

Ceyms Qann

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA
Ceyms Qann 5 avqust 1970-ci ildə Missuru ştatının (ABŞ) Sent-Luis şəhərində doğulub, uşaqlığının bir hissəsi Mançester şəhərində keçib. Ceymsin dörd qardaşı və bir bacısı var. Şon Qann aktyordur, Mett Qannaktyor və ssenaristdir, Brayan ssenarist və prodüserdir, Patrik də kino və media sahəsində işləyir, bacısı Bet isə Los-Ancelesdə vəkildir. İlk filmini Ceyms 12 yaşında olarkən 8 mm-lik kamerayla evlərinin yanındakı meşədə zombilər barədə çəkir. 2000-ci ildə Qann aktrisa Cenna Fişerlə evlənir. 2008-ci ildə cütlük ayrılır. O vaxtdan bəri Qann “Kayo Dot” qrupunun skripkaçısı Mia Matsumiya və model Melissa Stettenlə romantik əlaqələrdə olub. “Movie 43” (2013), “Super”(2010) filmlərini yaradıb. Bundan başqa, “Skubi Du" (2002), "Skubi Du 2: Bədheybətlər azadlıqda” (2004) filmlərinin ssenari müəllifi olub.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/James_Gunn
FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç