E.Nortonun "Motherless Brooklyn" Filminin Treyleri Yayımlandı!

24 Avqust, 2019


Peşəkar aktyor Edvard Nortonun (Edward Norton) 19 il sonra yenidən rejissorluğa geri döndüyü, dünya premyerasını 44-cü Toronto Film Festivalında etməyə hazırlaşan “Motherless Brooklyn”dən ilk treyler yayımlandı.

Daha əvvəl 2000-ci ildə çəkdiyi Keeping the Faith filmi ilə ilk rejissorluq təcrübəsini yaşayan peşəkar aktyor Edvard Nortonun (Edward Norton), 19 il aradan sonra “Motherless Brooklyn” ilə rejissorluğa geri qayıtdı. Nortonun ssenarisini yazıb, rejissoru olduğu, eyni zamanda baş rolunda yer aldığı filmin aktyor heyətində Alek Bolduin (Alec Baldwin), Brüs Uillis (Bruce Willis), Uillem Defo (Willem Dafoe), Ququ Embata-Rou (Gugu Mbatha-Raw), Bobbi Kannavale (Bobby Cannavale), Cherry Jones kimi adlar yer alır.

Картинки по запросу ‘Motherless Brooklyn’

Jonathan Lethem’in eyniadlı romanından adaptasiya olunan film, izləyiciyi 1950-ci illərin Nyu-Yorkuna dəvət edir. Tourette sendromundan əziyyət çəkən xüsusi detektiv Lionel Essrog’un, cinayətə qurban gedən məsləhətçisi və tək dostu Frank Minna’nın qatilini tapmağa çalışmasını mövzu götürür. Filmdə Edvard Norton (Edward Norton), Lionel Essrog’u; Brüs Uillis (Bruce Willis) isə Frank Minna’yı canlandırır.

Vanity Fair ilə bir reportaj verən Edvard Norton (Edward Norton), illərdir çəkmək üçün əmək verdiyi bu proyekti həyata keçirməyin sevincini yaşayır. Romanın 1999-cu ildə keçməsinə rəğmən, filmin 1950-ci illərdə keçməsini seçən Norton, gerçəklərlə üzləşməyi hədəflədiyi üçün bu dövrü seçdiyini qeyd edir. Bunu bir qaçış olaraq görmədiyini dilə gətirən Norton, filmlə bağlı günümüzün Trump idarəçiliyinə, Amerikadakı mövcud mədəniyyət və siyasi bölünməyə dair vurğular edə biləcəyini deyir.



Bu baxımdan film noir estetikasından referans alaraq Motherless Brooklyn’i, Roman Polanski imzalı Chinatown ilə qarşılaşdırır. Hər iki film də cəmiyyətdəki mövcud narahatçılıq haqqında klassik detektiv portatifini istifadə edir. “Motherless Brooklyn” haqqındakı düşüncələrini də bu şəkildə dilə gətirir: “Bu an da yaşadıqlarımızdan daha çox şey olduğunu düşünürəm. Bu Amerika yuxusu dediyimiz şeyin dərinliyinə gedir və bunun ölçülərinə baxır. Xüsusilə insanları dəhşətə salan anlar yaşanarkən rezonansa girir.”

Dünya premyerasını Toronto Film Festivalında etməyə hazırlaşan film, eyni zamanda Nyu-York Film Festivalının qapanış filmi olaraq göstəriləcək. Filmin festivalda necə rəylər alacağı bilinmir, amma Edvard Nortonun (Edward Norton) bu filmlə həm aktyor, həm də rejissor olaraq “Oskar” yarışında diqqət çəkmə ehtimalının olduğunu vurğulamadan keçməyək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər