Roman Polanski
Rejissor, prodüser, yazıçı, aktyor
Roman Polanski 18 avqust 1933-cü ildə Parisdə (Fransa) yəhudi ailəsində anadan olub. Anasının ilk nikahıından Aneta adlı bacısı var. Roman Polanskinin üç yaşı olanda valideynləri Polşaya qayıdır və ata babasının Krakovdakı yaşadığı yerə yerləşirlər. Alman faşistlərinin təcavüzü zamanı anası həlak olur, atası canını qurtara bilir. Hollivudda "Rozmarinin uşağı" və "Çin məhəlləsi" kimi məşhur filmlərin rejissoru olan Polanski 1978-ci ildən sonra karyerasına Avropada davam edir, "Doqquzuncu darvaza", "Oliver Tvist" kimi filmlər çəkir. Onun ən məşhur filmi 2002-ci ildə çəkdiyi "Pianoçu" sayılır. Polanski bu filmə görə "Oskar" mükafatına layiq görülsə də, mükafatı almağa getməyib. Bunun səbəbi Roman Polanskinin 1978-ci ildə 13 yaşlı qıza təcavüz etməsi ittihamı ilə ABŞ tərəfindən axtarılması olub. 31 il öncə azyaşlı qıza təcavüz etməkdə ittiham olunan və həbs edilməməsi üçün ABŞ-dan qaçan Polanski, 2009-cu il sentyabrın 27-də Sürix Film Festivalında layiq görüldüyü "Yaşam boyu uğur" mükafatını almaq üçün getdiyi İsveçrədə həbs olunur. ABŞ-da keçirilən məhkəmə qərarlarına görə, Polanskinin 1993-cü ildə zərərçəkən tərəfə 500 min dollar ödənilməsi müqabilində tərəflər arasında razılığın əldə olunmasının mümkünlüyü bildirilib. Lakin məhkəmə qərarlarında Polanskinin məbləği ödəyib-ödəməməsi barədə qeydlərə rast gəlinmir. 1996-cı ildə keçirilən son məhkəmə prosesində isə ödəniləcək məbləğin 604 min dollara qalxdığı bildirilir. Roman Polanski ABŞ-da ona qarşı irəli sürülən ittihama görə 500 min dollar təzminat ödəməyi qəbul edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Roman_Polanski