C.Blumun Prodüserliyini Üstləndiyi "Ov"dan Treyler Yayımlandı!

03 Avqust, 2019


Deymon Lindelof (Damon Lindelof) və Nick Cuse’un ssenarisini qələmə aldığı, Kreyq Zobelin (Craig Zobel) rejissoru olduğu "Ov"dan (The Hunt) ilk uzunmetrajlı treyler yayımlandı. Ceyson Blumun (Jason Blum) prodüserliyini üstləndiyi film, bu il filmsevərlərin ixtiyarına veriləcək.

Son illərdə diqqət çəkici filmlərə imza atan Blumhouse Productions‘ın kamera arxasında bir araya gətirdiyi adlarla maraq oyandıran yeni filmi "Ov"dan (The Hunt) ilk uzunmetrajlı treyleri yayımlandı.

‘The Hunt’ First Trailer: Damon Lindelof Teams Up With Jason Blum For Social Thriller ile ilgili görsel sonucu

Blumhouse Productions’ın qurucusu olan Ceyson Blumun (Jason Blum) prodüserliyini üstləndiyi filmin rejissor kürsüsündə, Compliance və "Z" - Yəni Zaxariya"nın (Z For Zachariah) rejissoru Kreyq Zobel (Craig Zobel) oturur. Filmin ssenarisi isə Lost, The Leftovers, "Prometey" (Prometheus) kimi proyektlərlə tanınan Deymon Lindelof (Damon Lindelof) və The Leftovers’ın ssenarist qrupunda yer alan Nick Cuse‘e aiddir.

Netflix’in GLOW serialındakı performansı ilə diqqət çəkən Betty Gilpin‘in baş rolunu üstləndiyi filmin aktyor heyətində Hilari Suenk (Hilary Swank), Ayk Barinholts (İke Barinholtz), Emma Roberts, Justin HartleyGlen Howerton kimi adlar yer alır.



Mövzusu ilə bir digər Blumhouse Productions proyekti olan "Saflaşma gecəsi" (The Purge), varlı insanların bir oyun olaraq insanları ovladığı bir dünyada baş verir. Bir-birini tanımayan 12 adam bir gün boş bir ərazidə oyanır. Harada olduqlarını və ya oraya necə gəldiklərini bilməyən bu insanlar, qısa müddət üçün də qəddar bir oyunda ov olduqlarının fərqinə varacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər