Emma Roberts

Emma Roberts

Aktrisa, model, müğənni

BİOQRAFİYA

Emma Rouz Roberts 10 fevral 1991-ci ildə Raynbek şəhərində (ABŞ) anadan olub. Ana tərəfdən ögey bacısı var. Bibiləri tanınmış Hollivud aktrisaları Liza Roberts-Gillan və Culiya Robertsdir. Uşaqlığının böyük hissəsini bibisi Culiya Robertsin yanında kino pavilyonlarında keçirib. Aktyor Erik Robertsin qızıdır. Nickelodeon kanalında yayımlanan “Başqa cür” (2004-2007) serialında oynadığı Eddi Sinqer rolu ilə məşhurlaşıb. Digər əlamətdar rolları “Qışqırıq 4” (2011), “Biz Millerlərik” (2013) və “Sinir” (2016) filmlərində oynadığı rollar olub. Həmçinin “Amerikanın qorxu tarixi” (2013-2017) adlı reytinqli teleserialın çəkilişlərində iştirak edib. 2012-ci ildə “Böyüklərin dünyası” (2013) filminin çəkilişlərində tanış olduğu aktyor Evan Piterslə münasibət qurub. 2013-cü ilin dekabr ayında cütlük nişanlanıb. 2015-ci ildə ayrılsalar da, bir neçə aydan sonra yenidən bir araya gəliblər.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Emma_Roberts
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç