Deymon Lindelof

Deymon Lindelof

Ssenarist

BİOQRAFİYA

Deymon Lorens Lindelof 24 aprel 1973-cü ildə Nyu-Cersi ştatında (ABŞ) yəhudi ailəsində anadan olub. Ata tərəfinin bir hissəsi isveçlidir. Deymon Nyu-York Universitetinin Kino məktəbində oxuyub, ali təhsili başa vurduqdan sonra Los-Ancelesə köçüb. Yazıçı karyerasına 1999-cu ildə qədəm qoyub. “Perfectionists” filminə yazdığı ssenariyə görə Nicholl Fellowship adlı prestijli mükafata layiq görülüb. Lindelof eyni zamanda Marvel-in 2006-cı ildən bəri nəşr olunan “Ultimate Wolverine vs. Hulk” komikslərinin müəllifidir. Ridli Skotun “Promotey” filminin ssenari müəlliflərindən biridir. Haydi Fyücmanla evlidir. Bir uşağı var. 2009-cu ildə ekranlara çıxan “Ulduz yolu” filminin prodüseri olub. “Sağ qalmaq” teleserialının başa çatmasından sonra Cey Cey Abramsla birgə məşhur amerikalı yazıçı Stiven Kinqin “Qara Qüllə” silsiləsindən olan hekayələrin ekranizasiyası ilə məşğul olacağını bildirib. Daha çox Amerikanın məşhur “Sağ qalmaq” teleserialının həmmüəllifi və prodüseri kimi şöhrət qazanıb. Ondan əvvəl Lindelof MTV yayımlanan “Soyunmuş” serialının, həmçinin “Xəfiyyə Neş Brics”, “Cordan istintaqı” seriallarının ssenaristi olub. Həmçinin “Kovboylar yadplanetlilərə qarşı” (2011), “Promotey” (2012), “Ulduz yolu: Qisas” (2013) filmlərinə ssenari yazın. Növbəti filmi Corc Kluninin baş rola çəkildiyi “Gələcəyin Yer Kürəsi” (2015) filmi olub. O eyni zamanda Tom Perottanın romanının adaptasiyası olan “Tərk edilmişlər” serialının yaradıcılarından biridir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B8%D0%BD%D0%B4%D0%B5%D0%BB%D0%BE%D1%84,_%D0%94%D0%B5%D0%B9%D0%BC%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç