Kreyq Zobel

Kreyq Zobel

Rejissor, aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Kreyq Zobel 16 sentyabr 1975-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Amerikalı kinorejissor “Eksperiment”, “Tabeçilik” və “Böyük səslər aləmi” filmlərinin rejissoru kimi tanınır. Uşaqlığı Atlanta şəhərində keçib. Kino sənətini Şimali Karolina Universitetinin incəsənət məktəbində öyrənib. Ali təhsili başa vurduqdan sonra yaxın dostu və əməkdaşı olan Devid Qordon Qrinin üç filmi “Corc Vaşinqton” (2000), “Əsil qızların hamısı” (2003) və “Sualtı axın”ın (2003) çəkilişlərində rejissor köməkçisi, prodüser və ya istehsalat rəhbəri vəzifələrini yerinə yetirir. Hal-hazırda Nyu-Yorkda yaşayır. Son illər Fleş animasiyası üslubunda olan “Homestar Runner” internet cizgi serialına görə tanınır. 2015-ci ildə "Z" - Yəni Zaxariya” filmi ona karyerasında böyük uğur qazandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Craig_Zobel

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç