Rob Zombienin “3 From Hell” Filminin Yeni Treyleri Yayımlandı!

18 Iyul, 2019

Rob Zombie’nin rejissorluğunu etdiyi, 2003-cü ildə House of 1000 Corpses ilə başlayan və 2005-ci ildə premyerası olan The Devil’s Rejects ilə davam edən qorxu seriyasının üçüncü filmi “3 From Hell”dən yeni treyler yayımlandı.

2003-cü ildə Rob Zombie’nin ilk uzunmetrajlı filmi olan Cesetler Evi – The House of 1000 Corpses ilə başlayan qorxu seriyası, 2005-ci ildə premyerası olan Vahşet Çetesi – The Devil’s Rejects ilə davam etmişdi. Seriyanın üçüncü filmi olan 3 From Hell isə bu il filmsevərlərin ixtiyarına veriləcək. İlk olaraq ABŞ-da 16-18 sentyabr tarixləri arasında təşkil olunacaq xüsusi təqdimatda izləyici qarşısına çıxacaq film üçün tanıtım işlərinə sürət verən Lionsgate və Saban Films filmdən yeni bir treyler yayımladı.

Ä°lgili resim

Filmin baş rollarında ilk filmdə canlandırdıqları xarakterlərə yenidən həyat verəcək olan Sid HaigBill Mousli (Bill Moseley) yer alacaq. Sheri Moon Zombie isə The Devil Rejects’də canlandırdığı Baby xarakteri ilə yenidən izləyici qarşısına çıxacaq.

Filmin aktyor heyətində Haig, Bill Mousli (Bill Moseley) və Zombie’lə yanaşı Denni Trexo (Danny Trejo), Di Uolles-Stoun (Dee Wallace), Daniel Roebuck, Jeff Daniel Phillips, Richard Brake, Bill Oberst Jr., Klint Hovard (Clint Howard) kimi adlar iştirak edir.



House of 1000 Corpses cadugərlər bayramında bir qrup turistə işgəncə verən Firefly ailəsini mövzu götürür. Markus Nispelin (Marcus Nispel) rejissoru olduğu – The Texas Chainsaw MassacreAleksandr Ajanın (Alexandre Aja) rejissoru olduğu The Hills Have Eyes‘dan ilham alan ilk filmin ardından, davam filmi The Devil’s Rejects izləyicilərin ixtiyarına verilmişdi. İkinci film, Firefly ailəsinin qəddar bir polisdən qaçışını danışırdı. Seriyanın üçüncü filmi “3 From Hell" isə Firefly üçlüsü Spaulding, Otis və Baby’nin hekayəsinə qaldığı yerdən davam edəcək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər