Markus Nispel

Markus Nispel

Rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Markus Nispel 1964-cü ildə Frankfurt şəhərində (Almaniya) anadan olub. Televiziya, kino rejissoru və prodüseridir. Uitney Hyuston üçün mahnılar yazan Nəğməkar şair, bəstəkar, müğənni Dyan Humes Nispelin həyat yoldaşıdır. Gəncliyində “Young and Rubicam” reklam agentliyində art-direktor vəzifəsində çalışıb. 1984-cü ildə karyerasını "Yeni dünyada" davam etdirmək qərarına gəlir və ABŞ-a köçür. Öz reklam şirkətini yaradır. Bir sıra samballı şirkətlər üçün (Coca cola, Kodak, Marlboro, Nike, Panasonic və sair) reklam çarxları, həmçinin müğənnilər və qruplar üçün kliplər çəkib. Daha çox “Texasda elektrik mişarı ilə qırğın” (2003), “Ləpirçi” (2007), “Barbar Konan” (2011) filmlərinin rejissoru kimi tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://en.wikipedia.org/wiki/Marcus_Nispel

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç