Di Uolles-Stoun
Aktrisa
Di Uolles-Stoun 14 dekabr 1948-ci ildə Kanzas şəhərində anadan olub. Böyük ekranlarda 1975-ci ildə “Stepford qadınları” filmi ilə debütün gerçəkləşdirib. Filmlərə Di Uolles adı ilə çəkilib. Kinoya aparan yolu teatr səhnəsindən keçib. Nyu-York teatrlarında bir neçə müziklında rəqqasəlik edib. Daha böyük uğura 80-ci illərin əvvəllərində kommersiya baxımından uğurlu qorxu filmləri ilə imza atıb. 1982-ci ildə Stiven Spilberqin “Yadplanetli” fantastik trilleri ona böyük şöhrət gətirib. Film kinoteatrlarda 800 milyon dollara yaxın gəlir götürür. Eyni zamanda qorxu janrının klassiklərindən sayıla biləcək “Ulama” (1980) və “Kuco” (1983) filmlərində rol alıb. Televiziyada isə “Hər zaman birlikdə” (1986-1987), “Lessinin yeni macəraları” (1989-1992) seriallarında oynadığı rollara görə tanınır. 90-ci illərdə daha çox azbücdəli və müstəqil kinofilmlərə çəkilməyə başlayıb. Yaşlandıqca qorxu janrından ailəvi komediyalara keçid edib. 2000-ci illərdə “Oğullar və Qızlar” (2006-2007) sitkomunda oynadığı rolla yadda qalıb. Həmçinin “Mənim adım Erldir”, “Ehtirasın anatomiyası”, “Cinayət kimi düşünmək” kimi reytinqli seriallarda qonaq rollara dəvət alıb. 2014-2015-ci illərdə “Qrimm” və “Pıçıltı” seriallarında ikinci dərəcəli rolları ifa edib. 2015-ci ilin baharında “Baş xəstəxana” sabun operasının aktyor heyətinə qatılıb. Karyerası ərzində 200-dən çox televiziya/bədi filmə və seriala çəkilib. Ekranlarda daha çox qorxu janrında olan filmlərə çəkilir. Buna görə onu hətta Amerika kinosunun “Qışqırıq kraliçası” da adlandırırlar. Əvvəllər adı Dina Bauers olub. 1980-ci ildə Di Uolles aktyor Kristofer Stounla evlənib. Əri 1995-ci ildə ürək tutmasından dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Ди_Уоллес