Aleksandr Aja

Aleksandr Aja

Prodüser, rejissor, ssenarist, aktyor

BİOQRAFİYA

Aleksandr Aja - fransalı kinorejissor, ssenarist və prodüserdir. Atası kinorejissor Aleksandr Arkadi, anası kinotənqidçi Mari-Jo Juandır. Uşaq yaşlarında bir neçə dəfə Aleksandr Juan adı ilə atasının çəkdiyi filmlərdə rol alıb. Həyat yoldaşı mərakeşli kinorejissor Laila Marrakçidir. 18 yaşında ilk debüt işi qısametrajlı “Göy qurşağı üzərində” filmi olub. Kann festivalında "Ən yaxşı qısametrajlı film" kateqoriyasında “Qızıl palma budağı” mükafatı qazanıb. 1999-cu ildə o, Xulio Kortasarın hekayəsinin motivləri əsasında “Furiya” filmini çəkib. Növbəti işi 2003-cü ildə Fransada, 2004-cü ildə Böyük Britaniyada, 2005-ci ildə ABŞ-da böyük ekranlara çıxan “Qanlı biçin” filmi olub. Aleksandr Aja "Over the Rainbow" (1997), "Furia" (1999), "Haute tension" (2003), "The Hills Have Eyes" (2006), "Mirrors" (2008), "Piranha 3D" (2010), "Horns" (2013), "The 9th Life of Louis Drax" (2016) filmlərinin rejissorudur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Alexandre_Aja

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç