Klint Hovard

Klint Hovard

Aktyor

BİOQRAFİYA

Klint Hovard – amerikalı aktyordur. Rejissor Ron Hovardın kiçik oğludur. Daha çox “Mamanın gül balası” və “Apollon-13” filmlərində oynadığı rollara görə tanınır. Həmçinin “Zərif Ben” serialında oynadığı uşaq rolu ilə yadda qalıb. “Vinni Puxun sərgüzəştləri” Disney cizgi filmində personajlardan birini səsləndirib. Böyük yaşlarında kinoda daha çox mənfi obrazlar, o cümlədən silsilə qatil, seksual manyak və digər obrazları canlandırıb. Klint Hovard 20 aprel 1959-cu ildə Kaliforniyanın Berbank şəhərində anadan olub. Rens Hovard və Cin Spiql Hovardın ailəsində kiçik oğul olub. 7 yaşından səsləndirmə aktyorluğu ilə məşğuldur. Hobbilərinə gəlincə “World of Warcraft” şəbəkə video oyunun böyük fanatlarındandır. Orada uzun müddət “Thrust” gildiyasında “Extas” ləqəbi ilə çıxış edib. Bundan başqa asudə vaxtlarında qolf oynamağı sevir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Clint_Howard

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç