Corc və Anna bütün həyatları boyu bir-birinin qayğısına qalaraq birgə ömür sürüblər. İndi onların səksəndən çox yaşları var. Anna xəstələnir və onun həyatı getdikcə sönməyə başlayır. Öncə yaddaşını itirir, daha sonralar isə bədən üzvləri də sözlərinə baxmır, nəticədə iflic olur. Corc baxıcıların xidmətindən istifadə etmək istəsə də, başa düşür ki, ömrünü paylaşdığı qadına ondan əziz dəyər verəcək, qayğı və sevgi bəxş edəcək insanlar tapılmayacaq. Bu səbəbdən o konservatoriyada tədris fəaliyyətini dayandıraraq, bütün gücünü həyat yoldaşının qayğısına qalmasına sərf etmək istəyir. Valideynlərini ziyarət edən böyük qızı atasına Annanı qocalar evinə aparmağı məsləhət görür. Lakin o sevdiyi qadına qarşı belə davrana bilməz. Günlər keçdikcə övladının bu ziyarətləri heç də Corcun ürəyincə olmur.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar