Emmanuel Riva

Emmanuel Riva

Aktrisa

BİOQRAFİYA
Emmanuel Riva 24 fevral 1927-ci ildə Fransada doğulub. Fransız teatr və kino aktrisasıdır. “Oskar” mükafatına ən yaşlı namizədlərdən biri olub. Valideynləri onun dərzi olmağını istəsə də,1953-cü ildə Milli Konservatoriyada dram incəsənəti fakültəsində oxumaq üçün Parisə gedir. 1950-ci illərdə teatrda müxtəlif tamaşalarda rol alır və 1957-ci ildə filmlərdə çəkilməyə başlayır. 1959-cu ildə “Hiroshima mon amour” filmində əsas rollarından birini oynayıb. Yarım əsrdən sonra rejissor Mixail Haneke aktrisanı “Sevgi” filmində musiqi müəllimi rolu üçün seçir. Bu rol ona Fransada və beynəlxalq arenada bir çox mükafatlar qazandırır. Həmçinin ən yaxşı qadın roluna görə BAFTA mükafatına layiq görülür. Aktrisa bu filmdəki roluna görə karyerası boyunca ilk dəfə “Oskar”a namizəd olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Emmanuelle_Riva

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç