Jan–Lui Trentinyan

Jan–Lui Trentinyan

Aktyor, ssenarist, rejissor

BİOQRAFİYA
Jan–Lui Trentinyan 11 dekabr 1930-cu ildə Fransada anadan olub. 1942-ci ildə 12 yaşında poeziyayla maraqlanmağa başlayıb. 1949-cu ildə Eks-an-Provans şəhərində hüquq fakültəsinin 19 yaşlı tələbəsi, Şarla Düllenin “Скупой” pyesinin tamaşını izləyir. Bu pyes onun həyatının dönüm nöqtəsi olur. O, universiteti atır və Şarl Düllündən teatr dərsləri almağa qərar verir. Bir müddət sonra o, aktrisa Stefan Odranla evlənir. Amma bir müddət sonra ayrılırlar. 1951-ci ildə Raymon Ermantın teatr truppasında “Everybody Wants Some!!” tamaşasında oynayır. Sonra kinematorafiya universitetində rejissorluq üzrə təhsil alır. Baxmayaraq ki, yalnız 20 ildən sonra rejissor kimi debüt edib. 1956-cı ildə bir müddət kiçik rollarda oynadıqdan sonra “Si tous les gars du monde...” filmi ilə debüt edib. Elə həmin il Bridcet Bardo ilə birlikdə “Tanrı qadını yaratdı” filmi ilə məşhurlaşırlar. Həmin dövrdə Roje Vadimlə evli olan Bridcet Bardo ilə olan eşq macərası mətbuatda böyük səs-küyə səbəb olur və Bridcet Bardo əri ilə boşanır. Sonra o, üç il müddətinə əsgərliyə getdiyinə görə sənətdən uzaq qalır. Uzun müddət uzaqda olması və Bridcet Bardonun musiqiçi Jilber Beko ilə münasibəti ayrılığa səbəb olur. Əsgərlikdən qayıtdıqdan sonra “Hamlet” tamaşasındakı rolu ilə yenidən məşhurlaşır. 1959-cu ildə rejissor Roje Vadimin sayəsində “Təhlükəli əlaqələr” filmində rol alır. 1966-ci ildə aktyor “Qızıl Palma Budağı” və iki “Oskar” alan məşhur “Qadın və Kişi” filmində çəkilir. Sonra Nadi Marka ilə evlənir. Cütlüyün iki uşağı dünyaya gəlir. Ən yaxşı aktyor kimi Avropa Kinoakademiyasının “Sezar” mükafatına layiq görülüb. 2013-c ildə isə ən yaxşı kişi aktyor kimi ”Oskar” mükafatına namizəd olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Jean-Louis_Trintigna...

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç