Arxeoloq Siqerd Svendsen artıq neçə ildir ki, “Osberq” vikinq gəmisinin tarixini araşdırır. Bu gəminin qalıqları üzərində tapılmış yeganə yazı run dilindədir, həmin yazıda “İnsan çox az bilir” deyə qeyd olunur. Siqerd inanır ki, “Raqnarok” (Norveç mifologiyasına görə qiyamət günü) sirrinin açması məhz “Osberq” gəmisində gizlənir. Dostu Allanın Norveçin şimalında, qayalar üzərində oxşar qədim yazıları tapmasından sonra, o bu runaların əslində qədim dəfinənin xəritəsi olduğuna əmin olur. Onlar bərabər şəkildə ekspedisiyaya yollanırlar və Rusiya-Norveç sərhədləri arasında onillər ərzində heç kimin yaşamadığı “neytral zonaya” gəlib çıxırlar. Burada Siqerd tükürpədici sirlərin saxlanıldığı runaların (qədim yazıların) əslində nə məqsəd daşıdığını ortaya çıxarır.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar