Sofiya Helin

Sofiya Helin

Aktrisa

BİOQRAFİYA

Sofiya Marqareta Helin 25 aprel 1972-ci ildə Huvst şəhərində ( İsveç) anadan olub. İsveçli teatr və kino aktrisasıdır. Sofiyanın atası satıcı, anası tibb bacısı olub. Sofiya Helin 10 günlük körpə olanda, altı yaşlı qardaşı avtomobil qəzasında həlak olub. Həmin hadisədən 4 il sonra valideynləri boşanıb. Sofiya Lund Universitetində fəlsəfə üzrə ali təhsil alıb. 1994-1996-cı illərdə Sofiya Helin Kalle Flügarin teatr məktəbində oxuyub. 2001-ci ildə Stokholm teatr institutunun məzunu olub. 2012-ci ildə Sofiya Helin “Körpü” serialında aldığı rolla regionun bir çox ölkələrində tələb olunan aktrisaya çevrilir. O eyni zamanda “Arn: Tampliyer sərkərdə” və “Arn: Birləşmiş krallıq” kimi filmləri ilə tanınır. Sofinin üzü və əllərində 24 yaşında olarkən velosiped qəzasından aldığı çapıq izləri var. Hal-hazırda Sofiya Helin Linçöpinq şəhərində yaşayır Daniel Yotşenyelmlə evlidir, iki övladı var.

Ətaflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B5%D0%BB%D0%B8%D0%BD,_%D0%A1%D0%BE%D1%84%D0%B8%D1%8F


FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç