Nikolay Kleve Broş

Nikolay Kleve Broş

Aktyor

BİOQRAFİYA

Nikolay Kleve Broş 14 noyabr 1975-ci ildə Berum şəhərində (Norveç) anadan olub. Norveçli teatr və kino aktyorudur. 1996-1999-cu illərdə Nikolay Kleve Broş təhsilini Norveç Milli Teatr Akademiyasında alıb. 2005-ci ildən Norveç Milli Teatrında çalışır. Həmçinin Yeni Oslo Teatrı və Norveç teatrı səhnəsində çıxış edib. Nikolay Kleve Broş bir sıra teatr mükafatlarının laureatıdır. Eyni zamanda bədii filmlərə də çəkilib. Ən populyar filmləri sırasına “Vacib qətl”, “Maks Manus” və “Raqnarokun sirri” kimi filmlər daxildir. Gənclik dövründən bəri rəfiqəsi olan Heydi Qyermundsen Broşla evlidir. Birgə nikahdan iki oğulları var. Nikolayın ögey bacısı İda Eliz Broşda kifayət qədər tanınan teatr və kino aktrisasıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://en.wikipedia.org/wiki/Nicolai_Cleve_Broch

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç