Elza və Klayv gen mühəndisləridir. Ər-arvad alimlər DNT kombinasiyası yolu ilə laboratoriya şəraitində yeni həyat forması yaratmağa çalışır. Məqsəd əksər xəstəliklərin, Parkinson, Alzheymer, xərçəng, QİÇS-i müalicə edə biləcək yeni üzvü vasitə yaratmaqdır. Uzun illərin əməyindən sonra onlar bütün gözləntiləri üstələyən iki məxluq ərsəyə gətirə bilib. Onlar daha da önə getmək üçün bu canlılara insan DNT-si yeritmək istəyir. Tədqiqatı maliyyələşdirən korporasiya təcrübənin nəticələri ilə razıdır və onun daha da irəli aparılmasını istəmir. Ona görə də Elzaya və Klayva heyvanlar üçün müalicəvi zülalın istehsalına başlamağı tapşırır. Ancaq Elza ərini dilə tutaraq tədqiqatı müstəqil şəkildə davam etdirmələrinə nail olur. Laboratoriyada süni yumurtalıqda qadın cinsindən olan qəribə məxluq yetişdirirlər. Dren adını verdikləri məxluq çox çevik və ağıllıdır. Bəşər övladından fərqli olaraq sürətli templərlə böyüyür. Buna görə də Klayv və Elza onu insanlardan gizlətmək məcburiyyətində qalır.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar