Sara Polli
Aktrisa, ssenarist, prodüser, rejissor
Sara Polli 8 yanvar 1979-cu ildə Ontario şəhərində (Kanada) anadan olub. Onun ilk əlamətdar rolu “Eyvonli yolu” adlı Kanada teleserialında olub. “Parlaq gələcək” (1997) filmində baş rola çəkilməklə şöhrət qazanıb. Həmçinin “Con Adams”, “Ekzotika”, “Sevgi dərsləri”, “Ekstazi”, “Suyun çəkisi”, “Mənsiz həyat”, “Baron Münhauzenin macəraları”, “Ölülərin sübh çaxı”, “Bədheybət”, “Cənab Heç Kim” və “Sözlərin sirli həyatı” adlı filmlərə çəkilib. Rejissor debütünü “Ondan uzaqlarda” adlı bədii filmi ilə gerçəkləşdirib və ona görə ən yaxşı rejissor işi nominasiyasında “Cini” mükafatına layiq görülüb. 2008-ci ildə isə “ən yaxşı adaptasiya olunmuş ssenari” kateqoriyasında “Oskar” mükafatına namizədliyi irəli sürülüb. İkinci rejissor işi sayılan “Sevir/Sevmir”in premyerası 2011-ci ildə Beynəlxalq Toronto Kinofestivalında baş tutub. Üçüncü filmi tammetrajlı sənədli film olub. “Bizim danışdığımız hekayələr” adlı filmin dünya premyerası 2012-ci ildə Venesiya kinofestivalında keçirilib. Şimali Amerika bölgəsində təqdimatı isə Toronto Beynəlxalq kinofestivalında baş tutub. Ən yaxşı Kanada filmi kimi ona 100 min dollar mükafat qazandırıb. Sara Polli eyni zamanda siyasi fəaldır. 1995-ci ildə Ontario ştatının tərəqqi-mühafizəkar partiyası hökumətinə qarşı etiraz aksiyasında polis zərbəsindən iki arxa dişini itirib. Sara ateistdir. 10 sentyabr 2003-cü ildə kanadalı kino montajçısı Devid Uornsbi ilə ailə qurub. 2008-ci ildə cütlük boşanıb. 23 avqust 2011-ci ildə kanadalı məhkəmə katibi Devid Sandomirskiyə ərə gedib. 2012-ci ildə birinci qızları doğulub. 2014-cü ildə isə ikinci qızları dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%BE%D0%BB%D0%BB%D0%B8,_%D0%A1%D0%B0%D1%80%D0%B0