Uill Kaster süni intellekt sahəsi üzrə mütəxəssisdir. İnsanın illər ərzində mənimsədiyi bilgilər və təcrübəni toplaya bilən kompüter sistemi yaratmağa çalışır. Kaster kifayət qədər tanınmış və uğurlu alim olsa da, onun həyata keçirməyə çalışdığı ideyalar heç da hamının ürəyincə deyil. Radikal qruplaşma alimin işini sona çatdırmasına hər vəchlə əngəl olmaq niyyətindədir. Ancaq ekstrimistlərin cəhdləri tam əks effekt verir. Uill onların üzərində tam üstünlük əldə edir və layihəsini öz üzərində gerçəkləşdirir. Onun alim olan dostu və həyat yoldaşı öncəki mərhələlərdə ona yardım etsələr də, sonradan gördükləri işin nə dərəcədə düzgün olduğunu sual altına almağa başlayırlar. Sonradan onların ən çox qorxduqları şey təsdiqini tapır. Mütəmadi olaraq təkmilləşən süni intellekt yalnız bir məqsədi, mütləq hakimiyyəti ələ keçirmək məqsədini güdür. İndi onun qarşısını almaq demək olar ki, mümkün deyil.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar