Pol Bettani

Pol Bettani

Aktyor

BİOQRAFİYA

Pol Bettani 27 may 1971-ci ildə İngiltərənin London şəhərində doğulub. Pol aktyorluq sənətini London dram mərkəzində öyrənib, karyerasına teatr və televiziya aktyoru kimi başlayıb. Aktyorun ilk diqqət çəkən rolu Pol MakGiqanın “Bir nömrəli qanqster” filmindəki gənc psixopat cinayətkar rolu olur. Bu rola görə Pol Britaniya Müstəqil Kino Cəmiyyəti tərəfindən mükafatlandırılıb. London kinotənqidçiləri tərəfindən “Ən yaxşı debütant” kateqoriyasına namizəd göstərilib. "Bir nömrəli qanqster" filmindəki uğurdan sonra Pol ilə Hollivudda maraqlanmağa başlayırlar. Tezlikə o, “Cəngavərin hekayəsi” filmində “kenterberi rəvayətçisi” roluna çəkilir. Bunun ardınca çəkildiyi “Ağıl oyunu” (Amerika Kinoaktyorlar Gildiyasının “Ən yaxşı aktyor heyəti” kateqoriyasında mükafata namizəd göstərilib), “Dənizlərin sahibi: Yerin kənarında” (“Ən yaxşı ikinci plan aktyoru” kimi BAFTA mükafatına namizəd göstərilib), “Doqvill” filmləri ona dünya şöhrəti qazandırır. 2005-ci ildə Pol “Uimbldon” filmindəki roluna görə “Ən yaxşı britaniyalı aktyor” kateqoriyası üzrə “İmperiya” mükafatına namizəd göstərilib. 2006-ci ildə çəkilən “Da Vinçi kodu” filmində Pol ən uğurlu rollarından birini-monax-albinos Sayls rolunu canlandırıb. 2008-ci ildə onun iştirakı ilə dörd film - “Mürəkkəb ürək”, “Arıların müəmmalı həyatı”, “Sınmış xətlər” və “Dəmir adam” çəkilib. 2009-cu ildə “Gənc Viktoriya” və “Mənşə”, 2010-cu ildə isə “Legion”, “Dəmir adam 2” və “Turist” filmlərində rol alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D1%82%D1%82%D0%B0%D0%BD%D0%B8,_%D0%9F%D0%BE%D0%BB



FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç