Uolli Pfister
Operator, rejissor
Uolter Pfister 8 iyul 1961-ci ildə Çikaqoda anadan olub. Uşaqlığı Nyu-York şəhərində keçib. Babası Viskonsin ştatının aparıcı qəzetlərindən birinin redaktoru olub. Atası isə xəbərlər proqramının prodüseri olub və xeyli müddət CBS telekanalında çalışıb. Pfisterin 11 yaşı olanda, evinin yaxınlığında Bört Reynoldsun iştirakı ilə “Shamus” döyüş filminin çəkilişləri aparılıb. İşıqlandırma cihazları və kinokameralar sözün əsl mənasında onu məftun edir. Bundan ilhamlanaraq tezliklə özü əlinə həvəskar kamera alaraq əvvəl müxtəlif şənlikləri və ad günlərini çəkir, sonradan qısametrajlı filmlərə baş vurur. Həvəskar çəkilişlərində Pfister kamera qarşısında atasını təqlid edir, ailə üzvlərini və dostlarını “böyük şouya” dəvət edir. 1998-ci ildə Pfister Montanada “Taleyin dönüşü” adlı filmi lentə alır. Sözügedən film Sandens kinofestivalında nümayiş olunur. Orada özü kimi kino sahəsində yenicə addımlamağa başlayan (sonradan görkəmli rejissor olacaq) Kristofer Nolanla tanış olur. Onların ilk birgə işi sayılan nuar üslubunda olan “Xatırla” trilleri uğurlu alınır. Daha çox Kristofer Nolanın filmlərinin, o cümlədən “Xatırla”, “Yuxusuzluq”, “Betmen: Başlanğıc”, “Prestij”, “Qara sərkərdə” və “Başlanğıc” kimi blokbasterlərin operatoru kimi şöhrət qazanıb. Həmçinin F.H. Qreyin “İtaliyan sayağı qarət” filminin yaradılmasında iştirak edib. “Başlanğıc” filminə görə ən yaxşı operator işi nominasiyasında “Oskar” mükafatı qazanıb. Rejissor debütün 2014-cü ildə böyük ekranlara çıxan “Üstünlük” elmi-fantastik trilleri ilə gerçəkləşdirib. Filmdə baş rolları Conni Depp, Morqan Friman, Rebekka Holl, Killian Mörfi kimi aktyorlar ifa edir. Bu onların sıx əməkdaşlığının təməlini qoyur. Ardınca baş rolda Al Paçinonun çəkildiyi “Yuxusuzluq” trillerini lentə alır. Daha sonra Nolanın “Betmen: Başlanğıc” (2005), “Prestij” (2006), “Qara sərkərdə” (2008), “Başlanğıc” (2010), “Qara sərkərdə: Əfsanənin doğuluşu” (2012) filmlərinin çəkilişində operator qismində iştirak edir. Ona bir vaxtlar Harri Potter kitabının ekranizasiyasında iştirak etməyi təklif etsələr də, Krislə olan dostluğu və əməkdaşlığına sadiq qalıb və təklifi rədd edib. Sonradan rejissor kürsüsündə özünü sınağa çəkmək qərarına gəldiyindən, Nolanın son “Ulduzlararası” (2015) filminin çəkilişində iştirak etmir. Uolli Pfister 1992-ci ildən bəri Anna Culienlə evlidir. Onların birgə nikahdan 3 övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D1%84%D0%B8%D...