Əhəmənilər imperiyasının yüksəlişi fonunda Böyük çöldə köçəri tayfalar arasında torpaqlar uğrunda çəkişmələr gedir. Massaget tayfasına qüdrətli və qorxmaz Sparqap başçılıq edir. Oğlan övladı həsrətində olsa da, sevimli həyat yoldaşı Bopay qız doğur və özü də qanaxmadan vəfat edir. Bopayın vəsiyyəti ilə qıza Tomris adını qoyurlar. Sparqap onu əsl döyüşçü ruhunda böyüdür, qılınc oynatmağı, at çapmağı, döyüş fəndlərini öyrədir. Ancaq massagetlərdən olan xainlər - Kavaz və Kurtun düşmən xarəzmlərlə gizli sövdələşməyə gedərək, tayfa başçısına sui-qəsd edirlər. Sparqap və ailəsi bir gecənin içində qanına qəltan edilir. Yalnız Tomris sağ çıxır. Meşədə sığınacaq tapan Tomris böyüyüb atasının intiqamını almağa and içir...
꧁꧂R İ H A T꧁꧂ Həftəbecər yenidən olsun. Həftənin bir günü ən azı yeni bir film bir serial olsun.Birdə filmləri yükləmək olsun. Tvseans loqosu olsa da olar. Birdə filmin başlgında olan yazı ləvğ edin. Bu dediklərimi nəzə alsanız xoş olar. Təşəkkür tvseans
RƏY BİLDİR