Qassan Məsud
Aktyor
Qassan Məsud (20 sentyabr 1958, Dəməşq, Suriya) - suriyalı aktyordur. Bir oğlan, bir qız atası olan Q.Məsud Suriyada bir çox filmə çəkilib. 2005-ci ildə çəkilən "Cənnətin krallığı" (film, 2005) adlı filmdə müsəlman orduların komandanı Səlahəddin Əyyubi olaraq rol alması onun aktyorluq karyerasında böyük rol oynayıb. 2006-ci ildə Türk kino tarixinin ən yüksək büdcəli filmi olan "Qurdlar vadisi. İraq" adlı filmdə, 2007-ci ildə də "Karib dənizinin quldurları: Dünyanın sonu" (film, 2007) adlı Amerikan istehsalı olan filmdə rol alıb. Qassan Məsud "Kəpənək" filmində də rol alıb. Bundan əlavə, "Ömər" serialında Əbu Bəkr rolunu canlandırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: