Akan Satayev

Akan Satayev

Rejissor

BİOQRAFİYA

Akan Karqambayeviç Satayev – qazaxıstanlı kinorejissor, aktyor, ssenarist və prodüserdir. "SataiFilm" kinostudiyasının təsisçisidir. 7 iyul 2020-ci ildən “Kazaxfilm” Səhmdar Cəmiyyətinin prezidentidir. 23 dekabr 1971-ci ildə Karaqanda şəhərində (Qazaxıstan)anadan olub. 1994-cü ildə T.K.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının kino və televiziya fakültəsini bitirib. Arqınlar tayfasındandır. Atası – Karqambay Rahimcanoviç Satayev Qazaxıstan SSR-nin xalq artisti, kino və teatr aktyoru olub. Akan hələ məktəbdə oxuyanda 1986-cı ildə Almatıda baş vermiş dekabr hadisələrinə həsr olunmuş “Allajar” filminə çəkilib. Akademiyanı bitirdikdən sonra müxtəlif bədii filmlərə çəkilib. Eyni zamanda reklam çarxlarının rejissoru və prodüseri olub. 2003-cü ildə “Sataifilm” kinofestivalının əsasını qoyub. Həmin studiya 300-dən çox reklam çarxı istehsal edib. 2014-cü il səsverməsinin yekunlarına görə "Qazaxıstanın ən yaxşı kino xadimi" elan olunub və “İlin sevimlisi” Milli mükafatına layiq görülüb. 2016-cı ildə Astana Film Fondunu təsis edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B0%D1%82%D0%B0%D0%B5%D0%B2,_%D0%90%D1%85%D0%B0%D0%BD_%D0%9A%D0%B0%D1%80%D0%B3%D0%B0%D0%BC%D0%B1%D0%B0%D0%B5%D0%B2%D0%B8%D1%87
FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç