Almira Tursın

Almira Tursın

Aktrisa

BİOQRAFİYA

Almira Tursın – qazaxıstanlı aktrisa, ssenarist və qadın kouç-proforientatordur. Almira Tursın 21 sentyabr 1990-cı ildə Almatı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Əl-Fərabi adına Qazaxıstan Dövlət Universitetinə daxil olub. Daha sonra təhsilini Moskva Dövlət Universitetində biznes inzibatçılığı ixtisası üzrə davam etdirib. Məzun olduqdan sonra Mərkəzi Asiya İşgüzar Qadınları Konqresinin təşkilat komitəsinin direktoru vəzifəsinə təyin olunub. Almira eyni zamanda kouç-proforientator vəzifəsində çalışır, gənc xanımlara ixtisas seçimi ilə bağlı məsləhətlər verir. 2019-cu ildə Akan Satayevin “Tomris” adlı tarixi dramında baş rola -Tomris roluna çəkilib. Bu onun debüt rolu hesab olunur. Film qısa müddətdə ölkədə son illər çəkilən ən gəlirli və reytinqli filmlərdən birinə çevrilib, Tursına beynəlxalq şöhrət qazandırıb. Həmin filmə qədər Almira müxtəlif teleseriallara və kinofilmlərə dəvət olunsa da, təklifləri rədd edirdi. Hazırda o, həyat yoldaşı və oğlu ilə Nur-Sultan şəhərində yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/15919688701/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç