Filmdə hadisələr Los-Ancelesin orta məktəblərindən birində cərəyan edir. Devin ciddi cəhdlə buraxılış günü üçün çıxış hazırlayır. O başa düşür ki, məktəbdə aldığı biliklə ali məktəbə daxil ola bilməyəcək. Artıq 15 ildir məktəbi bitirə bilməyən Mak Conson isə, məktəbə yeni gəlmiş kimya müəlliməsi ilə tanış olur. Mak anlayır ki, müəllimənin qəlbini qazanmaq üçün mütləq məktəbi bitirməlidir. Makla Devinə kimya üzrə bir layihə tapşırırlar. Zamanla onlar dostlaşırlar. Son üç həftədə birlikdə vaxt keçirməyə başlayır - qızlarla əylənir, marixuana çəkirlər. Nəticədə isə bir günlük həbs olunurlar. Nəhayət kimya layihəsinin müdafiə vaxtı gəlib çatır və bəlli olur ki, Devin yeni enerji mənbəyi yaratmağın yolunu tapa bilməyib.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar