Rizvan Xan Hindistandan olan müsəlmandır. O, San-Fransisko şəhərinə köçüb qardaşı və onun arvadı ilə birgə yaşayır."Asperger" sindromundan əziyyət çəkən Rizvan Mandiraya aşiq olur. Ailələrinin etirazına baxmayaraq, onlar evlənir və birgə biznesə başlayırlar. 11 sentyabr 2001-ci ilə kimi onlar xoşbəxt yaşayırlar. Həmin tarixdə olan faciədən sonra müsəlmanlara qarşı münasibət birdən-birə dəyişir. Mandiranın Rizvana olan sevgisi də getdikcə "çat" verərək soyuyur. Sevgilisi onu tərk etdiyinə görə Rizvan çox məyus olur və nəyin bahasına olursa olsun, onu qaytarmaq xatirinə bütün Amerika boyu səyahətə çıxır.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar